Gənc oğlan yaşadığı evdə özünü asdı

10:24 04.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuzda intihar hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, Tovuz şəhər sakini, 1996-cı il təvəllüdlü Məhərrəmov Ülvi Nəsir oğlu yaşadığı evdə özünü asıb.

Onun meyiti yaxınları tərəfindən asılmış vəziyyətdə tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanların əməkdaşları cəlb olunub.